Tbilisi Meriyası qaraciyər transplantasiya əməliyyatını yenə 70 000 lari ilə maliyyələşdirəcək
Tbilisi Meriyası qaraciyər transplantasiya əməliyyatını yenə 70 000 lari ilə maliyyələşdirəcək

Paytaxt Meriyası qaraciyər transplantasiya əməliyyatını yenə 70 000 lari ilə maliyyələşdirəcək. Bu barədə Tbilisi meri, Kaxa Kaladze bəyan etdi.

“Bu il də maliyyəşdiriləcək çox əhəmiyyətli proqrama toxunmaq istəyirəm – bu qaraciyərin tansplantasiyası proqramıdır. Bilirsiniz Tbilisi Meriyasının “transplantasiya proqramına” komandamızın Tbilisi hökumətinə gəldikdən sonra, qaraciyərin tansplantasiyası komponenti əlavə olundu. 2018-ci ildən bu günə qədər Gürcüstanda qaraciyərin tansplantasiyası artıq 34 vətəndaşın maliyyəşdirildi. Bu isə, 34 xilas olmuş həyat deməkdir. Bu insanlar uzun ömür və can sağlığı arzulayıram. Tbilisi Meriyası qaraciyərin tansplantasiyasını 60 000 lari ilə maliyyələşdirirdi. Sonra bu məbləği artırdıq və 2019-cu ildən 70 000 lari ayrılır”, – Kaladze bəyan etdi.

Elə onun dediyinə görə, bu kifayət qədər bahalı əməliyyatdır və onun dəyəri 120 000 laridir. Buradan 70 000 larisini munisipalitet maliyyələşdirir. Qeyd olunan proqramla Tbilisidə qeydiyyatdan keçmiş vətəndaşlar yaralana bilərlər.

“Bu önəmli dəstək proqramıdır. İlk növbədə hamıya sağlamlıq arzulayıram, heç kimə heç zaman lazım gəlməsin. Lakin lazım olduğu təqdirdə, biləsiniz bu cür proqram mövcuddur. Tbilisidə qeydiyyatdan kemiş vətəndaşlar ərizə yazmalısınız. Maksimal olaraq dəstək olacağıq”, – Kaxa Kaladze bəyan etdi.