Tbilisi Meriyası dağınıq skleroz diaqnozu olan vətəndaşlar üçün müainələri maliyyələşdirəcək
Tbilisi Meriyası dağınıq skleroz diaqnozu olan vətəndaşlar üçün müainələri maliyyələşdirəcək

Tbilisi Meriyası “dağınıq skleroz diaqnozu qoyulmuş vətəndaşlar üçün bahalı dərmanların maliyyələşdirilməsi proqramının” benefisiarları üçün əlavə müainələri maliyyələşdirəcək, – bu barədə paytaxt meri, Kaxa Kaladze munisispalitet hökumətinin bugünkü iclasında bəyan etdi.

Onun dediyinə görə, Tbilisi Meriyası dağınıq skleroz diaqnozu qoyulmuş vətəndaşlar üçün bahalı dərmanların maliyyələşdirilməsi proqramını” 2020-ci ildən başladı.

“2022-ci ildən Tbilisi Meriyası bu proqramın benefisiarları üçün beynin və/yaxud onurğanın və onurğa beyninin maqnit rezonans tomoqrafiyasını da maliyyələşdirəcək. Xəstəliyin simptomları 20-40 yaş arasında aşkar edilir və bu yaş qrupunda qeyri-travmatik əlilliyin səbəbinə çevrilir. Meriya proqramı vasitəsilə dağınıq sklerozlu insanların çarpayıya və ya əlil arabasına zəncirlənərək yox, gündəlik fəaliyyətlə məşğul olması və özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri mümkün olur”, – Kaxa Kaladze bəyan etdi.