Tbilisi Meriyası - biz tərəfindən planlaşdırılmış tədbirlər ictimaiyyətin ayrılması üçün deyil, yalnız şəhərin firavanlığına yönəldilib
Siyasətçilər və media nümayəndələrinə müraciət edirik, inzibati prosesləri siyasi məqsədlər üçün istifadə etməsinlər və ictimaiyyəti səhvə salmasınlar, – Tbilisi Meriyasının, Rustaveli prospektində baş verən hadisələrə əks səda verdiyi bəyanatında deyilir.
Bəyanatda qeyd olunduğu kimi, dekabr ayında planlaşdırılmış yeni il tədbirlərinin Rustaveli prospektində, dünən baş verən hadisələr ilə heç bir əlaqəsi yoxdur.
“Rustaveli prospektində baş verən hadisələrə əks səda vermək istəyirik. Xüsusi ilə qeyd etmək istyirik ki, dekabr ayında planlaşdırılmış yeni il tədbirlərinin Rustaveli prospektində dünən baş verən hadisələrlə, heç bir əlaqəsi yoxdur.
Nəzərinizə çatdırmaq istəyirik ki, cari ilin noyabrın 1-də aksiya təşkilatçıları Meriyaya ərizə ilə müraciət etdilər. Ərizə aksiyaların dekabrın 31-dək davam etdirilməsinə aid idi. Tbilisi Meriyası administrasiyası, qanun ilə nəzərdə tutulmuş üç gün ərzində, cavab məktubu ilə təşkilatçılara dekabr ayında planlaşdırılmış tədbirlər barəsində məlumat verdi və müraciət etdi ki, qeyd olunan mühiti nəzərə alsınlar.
Bildiyiniz kimi, Tbilisidə Parlament binası qarşısında hər il yeni il tədbirləri təşkil edilir. Tbilisi meriyası çadırların açılmasını qadağan edə bilməz. Müvafiq olaraq Meriyanın müraciətinin nəzərə alınması, Meriyaya daxil olan məktubun müəlliflərinin – aksiya təşkilatşılarının preroqatividir.
Tbilisi Meriyası qanun və ictimaiyyətin maraqlarını qoruyur. Tbilisidə həmişə müxtəlif tədbirlər keçirilir.
Siyasətçilər və media nümayəndələrinə müraciət edirik, inzibati prosesləri siyasi məqsədlər üçün istifadə etməsinlər və ictimaiyyəti səhvə salmasınlar. Biz tərəfindən planlaşdırılmış tədbirlər ictimaiyyətin ayrılması üçün deyil, yalnız şəhərin firavanlığına yönəldilib”, – Tbilisi Meriyasının bəyanatında deyilir.