Tbilisi merinin fəaliyyətini sorğu olunanların 39 faizi müsbət dəyərləndirir
Tbilisi merinin fəaliyyətini (yalnız Tbilisidə) sorğu olunanların 39 faizi müsbət dəyərləndirir, – bu barədə Amerika Milli Demokratik İnstitutunun (NDI) tədqiqatında deyilir.
Sorğu olunanların 29 faizi merin fəaliyytəini orta, 25 faizi pis dəyərləndirir, beş faizi bilmir, iki faizi isə, cavabdan imtina etdi.
Paytaxtın Sakrebulosuna gəldikdə, onun fəaliyyətinin sorğu olunanların 17 faizi müsbət, 29 faizi orta, 29 faizi pis dəyərləndirir, 23 faizi bilmir, iki faizi isə, cavabdan imtina etdi.
NDI-ın məlumatına görə, qeyd olunan tədqiqat 13-25 iyulda Gürcüstan miqyası ilə 2 016 telefon müsahibəsinin nümayəndəlik seçim əsasında, ölkənin yetkinlik yaşlı əhali arasında keçirildi (işğal olunmuş ərazilərdən başqa). Sorğunun orta səhv səddi +/- 1.3 faizdir. Respodentlər təsadüfi nömrələrə zənglər metodu ilə seçildilər.