Tbilisi meri – Paytaxtın birləşdirilmiş ərazilərində qar yağır və yollar intensiv şəkildə təmizlənir
Tbilisinin birləşdirilmiş ərazilərində intensiv qar yağır. Bütün gecə boyunca mərkəzi yollar təmizlənib.
Tbilisi meriyasının məlumatına görə, avtomobillərin hərəkətinin pozulmaması üçün Koçqri, Çavki və Tsnati qəsəbələrində, həmçinin Betaniya və Pantiani yollarında texniki duz səpilib.
“TBILService Group” MMC-nin əməkdaşları bu işləri xüsusi texnika vasitəsilə həyata keçirirlər. İş prosesində müvafiq rayon idarələrinin əməkdaşları da cəlb olunub.
Yolların texniki duzla işlənmə prosesinə “TBILService Group”un direktoru Giorgi Papava, Mtatsminda rayon icra hakimiyyətinin rəhbəri Davit Kirkitadze və Vake rayon icra hakimiyyətinin rəhbəri Levan Qifiani nəzarət edirlər.
Hava proqnozuna görə, birləşdirilmiş ərazilərdə qar yağışı sabah axşama qədər davam edəcək. Əhalini tövsiyə edirik ki, yoğun yağıntı zamanı avtomobillərlə yalnız qış təkərləri ilə hərəkət etsinlər. Yol hərəkətində hər hansı problem yaranarsa, “TBILService Group”un qaynar xətti – 2 61 90 50 və ya Tbilisi meriyasının qaynar xətti – 2 72 22 22 ilə əlaqə saxlayın.