Tbilisi Mall yaxınlığında davam edən etiraz aksiyasında qarşıdurma zamanı bir neçə nəfər yaralanıb
Tbilisi Mall yaxınlığında davam edən aksiyada qarşıdurma zamanı bir neçə nəfər yaralanıb. Bundan əvvəl Tbilisi Mall yaxınlığındakı aksiyada hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında bir neçə qarşıdurma olub.
Aksiya zamanı xəsarət alan bir neçə nəfər təcili tibbi yardım briqadası tərəfindən hadisə yerindən aparılıb.
Etiraz iştirakçılarının sözlərinə görə, yaralananlar arasında “TV Pirvəli”nin operatoru da var.
Yaralıların nə kimi xəsarət aldıqları hələlik məlum deyil.