Tbilisi, Kutaisi və Rustavi şəhərlərində mağazalar və ticarət mərkəzləri 1 fevraldan etibarən fəaliyyətlərini bərpa edəcəklər

13:43, 22.01.2021

Tbilisi, Kutaisi və Rustavi şəhərlərində mağazalar və ticarət mərkəzləri 1 fevraldan etibarən fəaliyyətlərini bərpa edəcəklər – bu barədə baş nazir müavini Maia Tskitişvili Koordinasiya Şurasının iclasından sonra bəyanat verib.

“1 fevraldan etibarən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində munitsipal nəqliyyat, məktəblər, mağazalar və ticarət obyektlərinin fəaliyyəti bərpa ediləcək. Mağazalar və ticarət mərkəzləri 1 fevraldan etibarən Tbilisi, Kutaisi və Rustavi şəhərlərində fəaliyyətini bərpa edəcək.Məktəblərin və müvafiq olaraq munitsipal nəqliyyatın bərpası 1 mart tarixinə planlaşdırılır. 15 fevraldan etibarən bütün şəhərlərdə açıq və qapalı bazarlar açılacaq”, – dedi Tskitişvili.

 

Oxşar