Tbilisi İvane Cavaxişvili adına Dövlət Universiteti 100 illik yubileyini qeyd edir (VİDEO)
Tbilisi Dövlət Universitetinin yubileyinin qeyd olunması beynəlxalq məna kəsb edir. Tarixi məna daşıyan bu gün Yuneskonun tədbirlər siyahısına daxil olunub.1918-ci ilin 8 fevral tarixində, Qurucu Davidin yad edildiyi gündə açılmış Gürcüstanın ilk universiteti, bütün Qafqazda da ilk universitet idi. Tarixi mərasimdə iştirak dəvətnamələrini o vaxtın dini və elmi dairələrinin nümayəndələri aldılar. Tədbirdə, 3 aydan sonra Gürcüstanın müstəqilliyini elan edən şəxslər də iştirak edirdilər. Ali məktəbin açılmasından əvvəl isə çoxlu sayda müqavimətlər var idi. Lakin İvane Cavaxişvili və onun həmfikirlərinin ideyası tez bir zamanda reallığa çevrildi.
Hazırladılar: Vika Bukia, Leyla Əkbərova