Tbilisi İnfeksiya Xəstəxanasını yaxın günlərdə, koronavirusdan müalicə olunmuş daha səkkiz pasientin tərk etməsi mümkündür
Tbilisi İnfeksiya Xəstəxanasının həkimi, Aleksandre Qoqinavanın bəyan etdiyinə görə, klinikadan yaxın günlərdə, koronavirusdan müalicə olunmuş daha 7-8 pasientin evə buraxılması mümkündür.
“Dəqiq tarixi deyə bilmərəm, lakin dinamik prosesdir və yaxın günlərdə bir neçə sağalmış pasientimiz olacaq. Nə qədər çox vaxt keçsə, bir o qədər sağalmış pasientimiz olacaq. Təxminən 7-8 pasientin yaxın 3-4 gün ərzində klinikanı tərk etməsi və evdə izolasiyada olması mümkündür”, – Aleksandre Qoqinava bəyan etdi.