Tbilisi İnfeksiya Xəstəxanasına yerləşdirilmiş koronavirusa yoluxan pasientlərdən ikisinin durumu nisbətən ağırdır
Tbilisi İnfeksiya Xəstəxanasına yerləşdirilmiş koronavirusa yoluxan pasientlərdən ikisinin durumu nisbətən ağırdır

Tbilisi İnfeksiya Xəstəxanasının bokslaşdırılmış şöbəsində hazırda 42 pasient yerləşdirilib. Onlardan 17-nin analiz cavabı Luqar Laboratoriyasından hələlik məlum deyil. İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadzenin dediyinə görə, virusa yoluxan pasientlərdən ikisinin durumu nisbətən ağırdır.

“Yenə də 12 yoluxmuş pasientimiz var. Onlardan birinin durumu nisbətən ağır olaraq qalır. Ona  intensiv terapiya tədbirləri lazım gəlməyib. Lakin lazım olması mümkündür və bunun üçün hazırıq. Daha bir pasient nisbətən ağırlaşdı, temperaturu 38-ə qədər artdı. Hələlik təsdiq olunmayıb, lakin güman edildiyinə görə, onun ikitərəfli pnevmoniyası var. 12 insandan iki nəfəri nisbətən ağırdır. Bu ikisindən biri isə, nisbətən daha da ağırdır”, – Tengiz Sersvadze bəyan etdi.