“Tbilisi - Dünya Kitab Paytaxtı” çərçivəsində Ümumdünya İctimai Kitab Oxuma Günü qeyd olunur
“Tbilisi - Dünya Kitab Paytaxtı” çərçivəsində Ümumdünya İctimai Kitab Oxuma Günü qeyd olunur

Fevralın 2-də saat 14:00-dan 16:00-dək Tbilisi – Dünya Kitab Paytaxtı və Gürcüstanın Höte İnstitutunun təşkilatçılığı ilə Puşkin meydanında Ümumdünya İctimai Kitab Oxu Gününə həsr olunmuş kütləvi tədbir keçiriləcək.

Tədbirin ev sahibləri yazıçılar: Teona Dolencaşvili, Aleksandr Lortkipanidze, Beso Xvedelidze, Ekaterine Toqonidze və Mişa Baxsoliani olacaq, onlar müxtəlif ədəbi əsərlərdən parçalar oxuyacaqlar.

Meydandakı rəfdən təsadüfi qaydada kitabın seçiləcəyi tədbirdə hər kəs iştirak edə bilər və ictimaiyyət qarşısında qısa bölmə oxunduqdan sonra kitab hədiyyə olunacaq. Rəfdə müxtəlif nəşriyyatların müxtəlif janrlı kitabları yerləşdiriləcək – həm gürcü müəllifləri, həm də tərcümələr.

Dünya İctimai Kitab Oxuma Günü uzun illərdir ki, yüzdən çox ölkədə qeyd olunur. O, milyonlarla oxucuları, müəllifləri, tərcüməçiləri və naşirləri əhatə edir. Bu günün keçirilməsində məqsəd kitab oxumağı təbliğ etməkdir.

“Tbilisi – Dünya Kitab Paytaxtı” YUNESKO-nun layihəsidir, Tbilisi meriyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin baş sponsoru Gürcüstanın Bankıdır.