Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia tələbələrlə görüşür
Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia tələbələrlə görüşür

 

Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia ilə tələbələr arasında görüş keçirilir.

Caba Samuşia ilə görüşü tələbələrin özləri tələb ediblər.

Tələbələr bir neçə saatdır universitetin birinci korpusu yaxınlığında aksiya keçirirlər.

Bu dəqiqələrdə görüşdə iştirak edən tələbələrin bir hissəsi mövcud vəziyyətdən irəli gələrək tədris prosesinin dayandırılması da daxil olmaqla tələblərini Tbilisi Dövlət Universitetinin rektoruna çatdırır.

“Caba Samuşia bizimlə görüşə razılaşdı. Görüşümüz canlı yayımlanacaq. Tələbimiz o idi ki, medialar olmadan görüşməyəcəkdik, lakin mediadan imtina etdiyi üçün tələbimiz o idi ki, indiki tələbələr müxtəlif onlayn nəşrin tələbələridir və bu şəkildə canlı yayımlansın. Samuşia bununla razılaşdı. Caba Samuşiaya tələblərimiz bunlardır: Birincisi, Tbilisi Dövlət Universitetinin qapıları 24/7 açıq olmalıdır və ölkədə çətin və gərgin vəziyyət mövcud ikən tədris prosesi dayandırılmalıdır” – görüş başlamazdan əvvəl Tbilisi Dövlət Universitetinin tələbəsi Vano Qomuraşvili deyib.