Tbilisi dənizinə bitişik ərazidə, rekreasiya zonasında dövlət torpağında aparılan qanunsuz tikililərin sökülməsi həyata keçirildi
Tbilisinin Bələdiyyə Müfəttişliyi Nadzaladevi rayonunda Tbilisi dənizinə bitişik ərazidə, rekreasiya zonasında dövlət torpağında qanunsuz tikililərin qarşısının alınması məqsədilə, xüsusi tədbir keçirib. Bu barədə məlumatı Tbilisi Meriyası yayır.
Meriyada izah etdikləri kimi, qanunu pozan insanlara edilmiş çoxsaylı xəbərdarlıqlardan və verilmiş göstərişlərə əməl edilməməsindən, həmçinin tikintinin dayandırılması barədə əmrə itaətsizlikdən sonra Bələdiyyə Müfəttişliyi müvafiq qərar qəbul edib və bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində qanunsuz aparılan əsaslı tikililəri söküb.
“Tbilisi dənizinə bitişik ərazidə, rekreasiya zonasında dövlət və özünüidarəetmənin mülkiyyətində olan ərazilərin zəbt edilməsi cəhdinin və bu ərazilərdə aparılan qeyri-qanuni tikililərin qarşısını növbəti dəfə aldıq. Xidmət operativ şəkildə hərəkət etdi və qanunsuz tikinti prosesinin aparılmasının dayandırılması və rekreasiya zonasının qorunub saxlanması vaxtında baş verdi. Bələdiyyə Müfəttişliyi qanunsuz tikililərin aşkarlanması və onlara reaksiya verilməsi istiqamətində intensiv rejimdə işləyir. Vətəndaşlara çağırış etmək istəyirəm, bu kimi qanunsuz hərəkətlərdən çəkinsinlər, çünki xidmət hər zaman qanuna uyğun şəkildə fəaliyyət göstərəcək. Buradaca qeyd olunmalıdır ki, dövlət torpaqlarını zəbt etməyə çalışan və qanunsuz tikinti işləri aparan şəxslərin mülkiyyətində bir sıra mənzil və torpaq sahəsi var” – Bələdiyyə Müfəttişliyinin rəisi Qoqi Çikovani bildirib və dəstəyə görə hüquq-mühafizə orqanlarına təşəkkür edib.