Tbilisi Dənizi Hospitalının iki əməkdaşında koronavirus təsdiq olundu
Tbilisi Dənizi Hospitalının iki əməkdaşında koronavirus təsdiq olundu

Tbilisi Dənizi Hospitalının kritik tibbi departamentinin rəhbəri Marexi Bekaiya bəyan edir ki, klinikanın iki əməkdaşında koronavirus təsdiq olundu.

Marexi Bekaiyanın bəyan etdiyinə görə, virusa yoluxanların durumu yüngüldür, lakin onlar Birinci Universitet Klinikasına aparılıblar.

“Hazırda klinikada 50 pasient müalicə edilir, dünən qəbul olunan pasientlərdən 38 pasientin analizi Luqar Laboratoriyasına göndərildi. Buradan qəbul olunan cavablardan dördü müsbət idi. Pasientlər Birinci Universitet Klinikasına aparıldılar. 50 paseintdən biri reanimasiyadadır.Dünən gecə iki cavab gəldi. Bu tibb işçilərinin cavabı idi. Onlarda koronavirus təsdiq olundu. Kimnən yoluxduqları məlum deyil. Güman edirik ki, bu daxil edilmiş yoluxmadır. Bu iki nəfər ilə əlaqəsi olan məkdaşlarımızdan beş nəfəri karantinə keçirilib”, – Marexi Bekaiya bəyan etdi.