"Tbilisi Central"ın administrasiyası bəyanat yayır
"Tbilisi Central"ın administrasiyası bəyanat yayır

 

Cari ilin aprelin 30-da səhər saat təxminən 06:00-da Vağzal meydanı yaxınlığında “Borjomi” vağzalı olaraq bilinən ərazidəki bazarda yanğın baş verdi, nəticədə təxminən 12 000 m2 ticarət və anbar sahəsi tamamilə yandı. Qeyd olunan ərazi “Tbilisi Central” səhmdar cəmiyyəti tərəfindən Gürcüstan Dəmir Yollarından 49 illik uzunmüddətli icarəyə götürülüb – bu barədə “Tbilisi Central”ın administrasiyasının bəyanatında qeyd olunub.

“Mövcud icarə müqaviləsi əsasında, bu ərazidə 2021-ci ildən bazarın təşkili və fəaliyyətini subicarə müqaviləsi əsasında MMC “Bakani” həyata keçirir. Bazarın fəaliyyəti ilə əlaqədar bütün hüquqi, texniki və məcburi tənzimləmələrə əməl olunması subicarə müqaviləsi əsasında birbaşa olaraq bazarın operatorunun məsuliyyətidir.

Bazarın spesifikasını nəzərə alaraq, MMC “Bakani” ərazidə Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş yanğın və digər təhlükəsizlik normalarına əməl olunmasını təmin edirdi. Yanğın nəticəsində itki qeydə alınmayıb. Tam zərərin qiymətləndirilməsi və yanğının səbəblərinin müəyyən olunması istintaq tədbirləri başa çatdıqdan və müvafiq araşdırmadan sonra həyata keçiriləcək” – bəyanatda deyilir.