Tbilisi Beynəlxalq Hava Limanından AvroBasket 2025-ə milli komandanın azarkeşləri ilə dolu subsidiyalı çarter reysi həyata keçirildi
Tbilisi Beynəlxalq Hava Limanından AvroBasket 2025-ə milli komandanın azarkeşləri ilə dolu subsidiyalı çarter reysi həyata keçirildi

Avropanın 42-ci basketbol çempionatında – AvroBasket 2025-də Gürcüstan milli basketbol komandasını dəstəkləmək üçün xüsusi çarter reysi bu gün səhər saat 07:00-da Tbilisi Beynəlxalq Hava Limanından Riqa istiqamətində tam dolu şəkildə həyata keçirildi. Məlumatı Gürcüstan Hava Limanları Birliyi yayıb.

“Biletlər tkt.ge platformasında dünən tamamilə satılıb. Bilet satışının monitorinqini, eləcə də sərnişinlərin qeydiyyat prosesini həm Tbilisi, həm də Riqa Beynəlxalq Hava Limanında Gürcüstan Hava Limanları Birliyinin əməkdaşları təmin edirlər.

Subsidiyalı reys Gürcüstan və Fransa milli basketbol komandalarının oyununa uyğunlaşdırılıb. Qarşılaşma bu gün Gürcüstan vaxtı ilə saat 16:15-də keçiriləcək. Latviyanın paytaxtına subsidiyalı reyslə uçmaq imkanı yalnız o sərnişinlərə verilib ki, onlar Riqaya uçuşdan əvvəl Tbilisi Beynəlxalq Hava Limanında AvroBasket 2025-in oyunu üçün alınmış biletini təqdim ediblər.

Gürcüstan Hava Limanları Birliyi tərəfindən subsidiyalaşdırılmış daha bir reys sabah Riqa Hava Limanından Tbilisi istiqamətində həyata keçiriləcək və bu reyslə azarkeşlər vətənə qayıdacaqlar”, – deyə Gürcüstan Hava Limanları Birliyinin məlumatında qeyd olunur.