Tbilisi Beynəlxalq Film Festivalı çərçivəsində "Depict" 90 saniyəlik film müsabiqəsinin qalibi Nata Sofromadzenin "Dağ mahnısı" filmi  oldu
Tbilisi Beynəlxalq Film Festivalı çərçivəsində "Depict" 90 saniyəlik film müsabiqəsinin qalibi Nata Sofromadzenin "Dağ mahnısı" filmi  oldu

Tbilisi Beynəlxalq Film Festivalı çərçivəsində “Depict” 90 saniyəlik film müsabiqəsi keçirildi. Müsabiqənin qalibi Nata Sofromadzenin “Dağ mahnısı” filmi  oldu. Film Bristol Film Festivalında təqdim olunacaq.

Müsabiqənin məqsədi orijinallığı və zəngin təxəyyülü ilə seçilən yeni başlayan rejissorları kəşf etmək idi.

Münsiflər heyətinin üzvləri arasında Gürcüstan Birinci Kanalının Telefilmlər İttifaqının baş prodüseri Qoça Zhorjoliani var idi.

Kino-nümayişdə ümumilikdə 42 qısametrajlı film təqdim olundu. Film festivalı “British Council”-in dəstəyi ilə keçirildi.