Tbilisi Beynəlxalq Aeroportunda Avropa Şurası prezidenti, Şarl Mişelin rəsmi yola salma mərasimi keçirildi
Tbilisi Beynəlxalq Aeroportunda Avropa Şurası prezidenti, Şarl Mişelin rəsmi yola salma mərasimi keçirildi.
Avropa Şurası prezidentini Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani yola saldı.
Mərasimdə Gürcüstan Prezidenti Administrasiyasının rəhbəri Natiya Sulava, Gürcüstanın Belçika və Lüksemburq Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Gürcüstanın Avropa İttifaqı ilə missiyasının rəhbəri, Natali Sabanadze və Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartsel iştirak edirdi.
Gürcüstan səfər çərçivəsində, Avropa Şurası prezidenti dünən Gürcüstan prezidenti, Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili, Parlamentin sədri Arçil Talakvadze və müxalifət nümayəndələri ilə görüş keçirdi.