Tbilisi bələdiyyə nəqliyyatı — avtobuslar, mikroavtobuslar və metro sərnişinlərə 21–22 mart tarixlərində pulsuz, adi rejimdə xidmət göstərəcək
Tbilisi bələdiyyə nəqliyyatı — avtobuslar, mikroavtobuslar və metro sərnişinlərə 21–22 mart tarixlərində pulsuz, adi rejimdə xidmət göstərəcək

Tbilisi bələdiyyə nəqliyyatı – avtobuslar, mikroavtobuslar və metro sərnişinlərə 21–22 mart tarixlərində pulsuz xidmət göstərəcək.

Qeyd olunan qərar bütün Gürcüstanın Katolikos-Patriarxı, Müqəddəs və Mübarək İkinci İliyanın dəfni ilə əlaqədar yaradılmış dövlət komissiyası tərəfindən qəbul edilib.

Bələdiyyə nəqliyyatı şəhər üzrə əvvəlcədən müəyyən edilmiş marşrut və intervallarla hərəkət edəcək. Metropoliten isə hər iki gün sərnişinlərə adi rejimdə — saat 06:00-dan 00:00-dək xidmət göstərəcək.