Tayvanda "Ragasa" super tayfunu nəticəsində azı 14 nəfər həlak olub
Tayvanda "Ragasa" super tayfunu nəticəsində azı 14 nəfər həlak olub

 

Tayvanda “Ragasa” super tayfunu nəticəsində azı 14 nəfər həlak olub, 18 nəfər isə yaralanıb – bu haqda “BBC” yazır. 120-dən çox insan itkin düşmüş hesab olunur. Qurbanların sayının artacağını ehtimal edirlər.

Honq Konq hakimiyyəti təhlükənin ən yüksək səviyyəsini elan edib və sakinləri evdə qalmağa çağırıb.

Şəhərin beynəlxalq hava limanı bağlanıb, yüzlərlə aviareys ləğv edilib, məktəblər və uşaq bağçaları bağlanıb, mağazalar bağlanıb. Bununla yanaşı, “BBC”nin yazdığı kimi, bundan sonra “Ragasa” tayfunu Çinin cənub əyalətinə keçəcək, bu səbəbdən Quandun əyalətində təxminən iki milyon insan təxliyə edilib.

“Ragasa” bazar ertəsi şimali Filippini vurub, bu səbəbdən prezident Ferdinand Markos ölkənin təbii fəlakətlərə reaksiya verilməsi agentliyinə tam hazırlıq rejiminə keçməsini və bütün hökumət qurumlarının səfərbər olunmasını əmr etdi.