Taylandın məktəbində girov götürülən şagirdlər və müəllimlər azad edilib, hücumçu saxlanılıb
Taylandın məktəbində girov götürülən şagirdlər və müəllimlər azad edilib, hücumçu saxlanılıb

 

Taylandın məktəbində girov götürülən şagirdlər və müəllimlər azad edilib. Silahlı hücumçu saxlanılıb. Məlumatı “Sky News” yayır.

Medianın məlumatına əsasən, hücumçu 18 yaşlı kişi olub.

Yayılmış məlumata əsasən, hücumçu məktəbin ərazisinə daxil olub və atəş açıb, nəticədə üç nəfər yaralanıb. Daha sonra hücumçu orda olan şagirdləri və müəllimləri girov götürüb. Hücumun səbəbi hələlik bilinmir.