Taylandda qatarın üç vaqonunun üzərinə tikinti kranı düşüb, ən azı 19 nəfər həlak olub
Taylandda qatarın üç vaqonunun üzərinə tikinti kranı düşüb, ən azı 19 nəfər həlak olub

 

Taylandın şimal-şərq hissəsində qatarın üç vaqonunun üzərinə tikinti kranı düşüb, nəticədə ən azı 19 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.

Bu haqda məlumatı “Reuters” yayır.

Medianın məlumatına əsasən, hadisə Naxon Raçasima əyalətində kran dəmir yolu layihəsi üzərində işləyərkən baş verib. Yayılmış məlumata əsasən, hadisə nəticəsində qatar relsdən çıxıb.

Nəqliyyat naziri hadisə zamanı qatarda 195 sərnişinin olduğunu bildirib və işin hərtərəfli araşdırılmasını tələb edib.

“19 cəsədi tapıblar, lakin bir neçə nəfər hələ də qatarın vaqonlarında qalır və hələlik onları çıxara bilməyiblər” – yerli polisdə bəyan ediblər.