"TAV Georgia" Amerika Birləşmiş Ştatlarında keçirilən turizm sərgisində iştirak edib
"TAV Georgia" Amerika Birləşmiş Ştatlarında keçirilən turizm sərgisində iştirak edib

 
Yanvarın 25-26-da ADP Qrupunun üzvü, Tbilisi və Batumi beynəlxalq hava limanlarının idarəedici şirkəti “TAV Georgia” ABŞ-da keçirilən “New York Travel & Adventure Show 2025” turizm sərgisində iştirak edib. Tədbir çərçivəsində sərgidə təmsil olunan aviaşirkətlər və Amerika, Yaponiya, Xorvatiya və Çinin milli turizm administrasiyaları ilə tanışlıq məqsədli görüşlər keçirilib.

“TAV Georgia”nın nümayəndələri “Air Canada”, “Japan Airlines”, “Norse Atlantic Airlines”, “Air India”, “Neos Air”, “French Bee Airlines”, “Air China” və digər aviaşirkətlərlə görüşüblər. Tbilisi və Batumi hava limanları, onların xidmətləri və potensialı haqqında məlumat mübadiləsi aparılıb, maraq yaranarsa, əməkdaşlıq arzusu ifadə olunub. Həmçinin, tədbir çərçivəsində “TAV Georgia”nın baş meneceri Tea Zakaradze müzakirə hissəsində iştirak edib.

“New York Travel & Adventure Show 2025” adlı beynəlxalq sərgi minlərlə qonağı turizm sahəsindəki əsas tendensiyalarla tanış edib, turoperatorlar, aviaşirkətlər, səyahətçilər və aviasiya sahəsində çalışan biznes üçün kommunikasiya platforması yaradıb. Sərgi çərçivəsində turizm sahəsinin 550-dən çox provayderi təmsil olunmuşdu.

Məlumatı “TAV Georgia” yayır.