Tato Qriqalaşvili – Tanrıya şükürlər olsun ki, bu gün belə sevincliyik #1TVSPORT
Tato Qriqalaşvili dördüncü dəfə Dünya Çempionatının qalibi oldu. Finalda o, azərbaycanlı Zelim Tskayevi məğlub etdi.
Qələbədən sonra Tato emosional şərh verdi:
“Hazırlıq dövründə yanımda olan, məni dəstəkləyən hər kəsə minnətdaram. Tanrıya şükürlər olsun ki, azarkeşlər, həyat yoldaşım, ailəm və bütün Gürcüstan belə sevincliyik”.