Tata Xvedeliani - Vizasız səyahət məhdudiyyətinin Gürcüstana şamil edilməməsi üçün tərəfdaşlarla işləyirik, bu əhalinin maraqlarına zərər vuracaq
Tata Xvedeliani - Vizasız səyahət məhdudiyyətinin Gürcüstana şamil edilməməsi üçün tərəfdaşlarla işləyirik, bu əhalinin maraqlarına zərər vuracaq

 

Vizasız səyahətin dayandırılması Gürcüstana şamil edilməməlidir. Gürcüstanı öz əhalisinə qarşı zorakılıq edən avtoritar rejim idarə etdiyi üçün viza liberallaşdırılmasına heç bir sanksiya şamil edilməməlidir – bu haqda “Qaxaria Gürcüstan Naminə” partiyasının parlament komandasının üzvü Tata Xvedeliani deyib.

Onun sözlərinə əsasən, bu cür qərar əhalinin maraqlarına zərər vuracaq.

“Hökumətdə dırnaqarası zorakılıq edənlər var, hər mərhələdə Avropa İttifaqına üzvlüyə və bu böyük nailiyyətə layiq olduğunu sübut edən gürcü milləti onların cinayət əməllərinə görə cəzalandırılmalıdır? Vizasız səyahət məhdudiyyətinin Gürcüstana şamil edilməməsi üçün tərəfdaşlarla işləyirik, çünki bu əhalinin maraqlarına zərər vuracaq” – Tata Xvedeliani bildirib.