Tata Xvedeliani - NATO-ya qoşulma prosesi heç vaxt birtonlu olmayıb, dəyişən şərait var, Avro-Atlantik istiqamətdə uğurlu addımlar atmalıyıq
Tata Xvedeliani - NATO-ya qoşulma prosesi heç vaxt birtonlu olmayıb, dəyişən şərait var, Avro-Atlantik istiqamətdə uğurlu addımlar atmalıyıq

 

NATO-ya qoşulma prosesi heç vaxt birtonlu olmayıb. Dəyişən şərait var və bu bəyanat yekun qərar deyil, müzakirələr davam edəcək – bu haqda “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Tata Xvedeliani Gürcüstanın Birinci Kanalına deyib.

Tata Xvedelianiyə ABŞ-nin 2025-ci il üzrə Milli Təhlükəsizlik Strategiyası sənədi ilə bağlı sual veriblər.

“Sənəd uzunmüddətli sülhün bütün dünyada, o cümlədən bizim üçün daha da vacib olduğuna dair bizə mesajdır. Bu mesaj o deməkdir ki, demokratiyanın keyfiyyəti daha yüksək olmalıdır və əcdadlarımızdan başlayan seçimin son nöqtəyə çatması üçün hər şeyi etməliyik. Əlbəttə, Avro-Atlantik istiqamətdə uğurlu addımlar atmalıyıq” – Tata Xvedeliani bildirib.

Donald Tramp administrasiyası tərəfindən Ağ Evin rəsmi veb saytında dərc edilən ABŞ-nin 2025-ci il üzrə Milli Təhlükəsizlik Strategiyasında qeyd olunub ki, “NATO-nun Avropada daim genişlənən ittifaq kimi qəbul edilməsinə son qoyulmalıdır”.