Tarixdə ilk dəfə Kubada temperatur sıfır dərəcəyə qədər düşüb
AME519. LA HABANA (CUBA), 01/02/2026.- Fotografía que muestra un vehículo transitando por el malecón este domingo, en La Habana (Cuba). Inundaciones asociadas a un frente frío y fuertes marejadas para el litoral norte del occidente, con impacto probable en La Habana, se prevé un incremento de los vientos del noroeste y marejadas que podrían alcanzar intensidades fuertes en el litoral norte. EFE/ Ernesto Mastrascusa
Tarixdə ilk dəfə Kubada temperatur sıfır dərəcəyə qədər düşüb.
Kuba Milli Meteorologiya İnstitutunun məlumatına əsasən, temperaturun rekord həddə azalması ölkənin qərb hissəsində qeydə alınıb.
“Səhər saat 04:00-da Matansas əyalətində İndio Hatuey meteoroloji stansiyası minimal temperaturu 0.1 dərəcə göstərib. Temperatur düşməyə davam edib və səhər saat 07:00-da 0 dərəcə qeydə alınıb. Bu, minimal temperaturun milli rekordudur. Əvvəlki rekord temperatur 0.6 dərəcə 1996-cı ilin fevralın 18-də Bainoa stansiyasında qeydə alınmışdı” – Kubanın Milli Meteorologiya İnstitutunun bəyanatında yazılıb.
Meteoroloqlar izah ediblər ki, Kuba Arktika mənşəli çox soyuq və quru hava kütləsinin təsiri altındadır.