Tarixdə ilk dəfə Britaniyanın kəşfiyyat xidmətinə qadın rəhbərlik edəcək – Bleiz Metreveli vəzifəni rəsmi olaraq oktyabr ayından tutacaq
Tarixdə ilk dəfə Britaniyanın kəşfiyyat xidməti, MI6-nın rəhbəri qadın olacaq. Gürcü əsilli Bleiz Metreveli vəzifəni rəsmi olaraq oktyabr ayından tutacaq və hazırkı rəhbər Riçard Muru əvəz edəcək. Metreveli təşkilatın 18-ci rəhbəri olacaq.
Britaniyanın Baş naziri Kir Starmer bu qərarı tarixi adlandırıb. Starmer həmçinin bildirib ki, Bleiz Metreveli qeyd olunan vəzifəni Birləşmiş Krallığın düşmənləri tərəfindən artan təhlükələr ilə üzləşdiyi bir vaxtda tutacaq.
“MI6-nın cəsur zabitləri və agentləri və çoxsaylı beynəlxalq tərəfdaşlarımızla birlikdə bu işi davam etdirməyi səbirsizliklə gözləyirəm” – Metreveli bildirib.
Metreveli 1999-cu ildən kəşfiyyat xidmətində işləyir. Bu mərhələdə Q Departamentinin Texnologiyalar və İnnovasiyaların Kritik Əhəmiyyətli Şöbəsinin rəhbəridir. Departament məxfi agentlərin kimliyini gizli saxlamaq və düşmənlərdən yayınmağın yeni yollarını işləyib hazırlamaq məqsədi daşıyır.
Bununla yanaşı, “Financial Times” nəşri yazır ki, Bleiz Metrevelinin soyadı gürcüdür və bu, onun “Şərqi Avropa irsini” əks etdirir.