Tariel Canturia dünyasını dəyişib

20:09, 08.07.2026

 

Gürcü şair Tariel Canturia 94 yaşında dünyasını dəyişib.

Məlumatı Gürcüstanın Birinci Kanalına Tariel Canturianın ailəsinə yaxın şəxslər təsdiqləyiblər.

Tariel Canturia 1956-cı ildə Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsini bitirib.

İlk şeiri olan “Ovçuluğ”u 1951-ci ildə, ilk şeirlər məcmuəsi olan “Canatma”nı 1964-cü ildə nəşr etdirib.

Onun əsas şeir toplularıdır: “Yelləncək” (1965), “Daş və müharibə” (1967), “Yeni ay” (1970), “İki nəfər” (1972), “Qırılmış serpentin” (1973), “Sakit Günəş ili” (1975), “Bal ayı əsri” (1978), “Poemalar” (1979), “Stresslər və sözlər” (1980), “Seçilmiş” (1982), ” var-gəl” (1993), “Yazıçının Qırmızı Kitabı” (1985) və s. Tariel Canturiaya həmçinin uşaq şeirləri topluları, tənqidi məqalələr, tərcümələr və s. məxsusdur.

Tariel Canturianın şeirləri bir çox dillərə tərcümə edilmişdir.

Oxşar