Tanınmamış Dağlıq Qarabağda iki şəhərin bombalanması barəsində məlumat yayılır
Tanınmamış Dağlıq Qarabağda iki şəhərin bombalanması barəsində məlumat yayılır

Tanınmamış Dağlıq Qarabağda iki şəhərin – Stepanakert və Şuşanın bombalanması barəsində məlumat yayılır. Erməni mediasının məlumatına görə, qeyd olunan şəhərlərə raket zərbələri endirildi.

Tanınmamış Dağlıq Qarabağın qondarma administrasiyasının məlumatına görə, yaşayış evləri bombalandı və mülki əhalinin təlafatı ilə nəticələndi.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, işğal olunmuş ərazilərdə ölkənin ordusunun hədəfi Ermənistan ordusunun hərbi müəssisələri, hərbi infrastrukturu, atəş mövqeləri və birləşmələridir.

Azərbaycan Müdafiə Nazirliyi mülki vətəndaşları döyüş əməliyyatları zonasını tərk etməyə çağırır.