Tamaz Boraşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tutacaq
Tamaz Boraşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tutacaq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Boraşvilinin namizədliyini bugünkü brifinqdə irəli sürüb.
Prosedura əsasən, baş nazirin təqdimatı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin namizədliyini parlament təsdiqləyir.
Tamaz Boraşvili hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin müavini vəzifəsini tutur, buna qədər isə qurumda Dövlət Təhlükəsizliyi Departamentinin direktoru vəzifəsində işləyirdi.
Qeka Qeladze Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini bu gün tərk edib və fəaliyyətini başqa qurumda davam etdirəcəyini bildirib.