Tamar Zodelava ədliyyə nazirinin müavini təyin edilib
Tamar Zodelava ədliyyə nazirinin müavini təyin edilib

 

Tamar Zodelava ədliyyə naziri Paata Salianın müavini təyin edilib.

Məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayır.

“Tamar Zodelava ixtisasca hüquqşünasdır. Təhsilini İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, Şpaier İnzibati Elmlər Universitetində və Bremen Universitetində alıb. Beynəlxalq təşkilatlarda və dövlət qurumlarında uzun illər fəaliyyət təcrübəsinə malikdir. Müxtəlif dövrlərdə “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti”ndə (GIZ) layihələrin meneceri vəzifəsində işləyib. Nazir müavini təyin olunmazdan əvvəl publik hüquqi şəxs “Dövlət Qrantlarının İdarəolunması Agentliyi”nin sədri vəzifəsində çalışıb” – Ədliyyə Nazirliyinin məlumatında deyilir.