Tamar Yoseliani bəyan edir ki, dəniz quldurlarından xilas olunan dörd gürcü dənizçisi hazırda təhlükəsiz yerdədirlər
Tamar Yoseliani bəyan edir ki, dəniz quldurlarından xilas olunan dörd gürcü dənizçisi hazırda təhlükəsiz yerdədirlər

Dəniz quldurları tərəfindən qaçırılan gürcü dənizçiləri ilə bağlı Dəniz Nəqliyyatı Agentliyi Xarici İşlər Nazirliyi və diplomatik idarlərlə intensiv olaraq işləyir, lakin bu mərhələdə dənizçilərin təhlükəsizliyi baxımından başqa detalları səsləndirə bilmərik, – Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri, Tamar Yoseliani bəyan edir.

Yoselianinin məlumatına görə, gəmidə qalan dörd gürcü dənizçisi artıq təhlükəsiz yerdədir və onlar bu gün Qərbi Afrikanın Toqo dəniz limanına daxil olacaqlar. Bundan sonra isə, onların Gürcüstana qaytarılması proseduru başlayacaq.

Dünən məlumat yayıldı ki, Nigeriyada dəniz quldurları 10 dənizçini qaçırdılar, buradan doqquzu Gürcüstan vətəndaşıdır.