Tamar Taliaşvili respublikaçı konqresmenlər Uoren Devidson və Brayan Babin ilə görüş keçirib

16:37, 30.06.2026

 

Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Tamar Taliaşvili respublikaçı konqresmenlər Uoren Devidson və Brayan Babin ilə görüşlər keçirib.

Məlumatı Gürcüstanın ABŞ-dakı səfirliyi yayır.

Devidson ABŞ Konqresinin Milli Təhlükəsizlik Alt Komitəsinin sədri və Xarici Əlaqələr və Maliyyə Xidmətləri komitələrinin üzvüdür. Babin isə ABŞ Nümayəndələr Palatasının Elm və Texnologiya Komitəsinin sədridir.

Gürcüstanın ABŞ-dakı səfirliyinin məlumatına əsasən, görüşlərdə tərəflər ABŞ və Gürcüstan arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri haqda danışıblar.

“Söhbət zamanı həmçinin regionda və beynəlxalq səviyyədə cərəyan edən geosiyasi və iqtisadi proseslərə toxunulub, o cümlədən “Orta Dəhliz” layihəsinin əhəmiyyəti və bu layihə çərçivəsində Gürcüstanın rolu qeyd edilib. Tamar Taliaşvili Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərilən sarsılmaz dəstəyə görə Konqresə təşəkkürünü bildirib” – səfirliyin məlumatında deyilir.

Oxşar