Tamar Taliaşvili - orta və ali məktəblərdə rus sektorunun bərpası barəsində məlumat yalan və dezinformasiyadır, Parlament Komitəsi bənzər məsələni müzakirə etməyib
Birmənali yalan, dezinformasiya və məqsədyönlü təxribat, – Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, Tamar Taliaşvilinin Parlament komitəsinin iki dinləmə ilə Gürcüstanın ort və ali məktəblərində rus sektorunun bərpasını dəstəkləməsi barəsində yayılan məlumatlara belə əks səda verdi.
Taliaşvilinin sosial şəbəkədə yazdığı kimi, Parlament Komitəsində belə bir məsələ ümumiyyətlə müzakirə olunmayıb, belə dezinformasiyaların yayılması məqsədyönlü təxribatdır və ictimaiyyətdə müəyyən neqativ fikirlərin güclənməsinə xidmət edir.
“Əslində bu məlumat açıq-aşkar yalan və dezinformasiyadır. Parlament Komitəsində belə bir məsələyə ümumiyyətlə baxılmayıb. Belə bir halda bu cür dezinformasiyanın yayılması məqsədyönlü təxribatdır və ictimaiyyətdə müəyyən neqativ münasibətlərin güclənməsinə xidmət edir ki, bu da tamamilə qəbuledilməz və amoraldır”, – Tamar Taliaşvili yazır.