Tamar Taliaşvili ABŞ Dövlət Protokolunun rəhbəri, səfir Monika Kraulinin şərəfinə təşkil olunmuş tədbirdə iştirak etdi
ABŞ-da Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Tamar Taliaşvili ABŞ Dövlət Protokolunun rəhbəri, səfir Monika Kraulinin şərəfinə keçirilən tədbirdə iştirak edib. Bu barədə Taliaşvili sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, görüş çərçivəsində beynəlxalq münasibətlərdə və diplomatiyada qadınların rolu müzakirə olunub.
“Amerika Birləşmiş Ştatlarının Dövlət Protokolunun rəhbəri, səfir Monika Kraulinin şərəfinə təşkil olunmuş tədbirdə iştirak etdiyim üçün çox məmnunam. Görüş zamanı beynəlxalq münasibətlərdə və diplomatiya sahəsində qadınların rolunun əhəmiyyəti barədə danışdıq. Tədbirdə mənimlə yanaşı, ABŞ-da akkreditə olunmuş diplomatik missiyaların qadın rəhbərləri, həmçinin İrlandiya və Ruandanın ABŞ-dakı səfirləri də iştirak edirdi.
Qeyd etmək istərdim ki, səfir Monika Krauli təkcə uğurlu və tanınmış dövlət xadimi deyil, eyni zamanda fərqlənən və məşhur yazıçıdır. Buradan fürsətdən istifadə edib, ona mənə avtoqrafla birlikdə səmimi qeydlə hədiyyə etdiyi kitabı üçün təşəkkürümü bildirirəm,” – deyə Taliaşvili yazır.