Tamar Qabuniya -vaksinin tədbiq olunması planı üzrə texniki işlər başa çatıb, düşünürəm, proses həftənin sonuna qədər başa çatdırılacaq
Səhiyyə nazirinin müavini, Tamar Qabuniyanın bəyan etdiyinə görə, vaksinin tədbiq olunması planı üzrə texniki işlər başa çatıb. Onun dediyinə görə, hökumətə təsdiq edilmə üçün göndəriləsi planın verisyasını Nazirliyin Hüquq Departamenti hazırlayır. Tamar Qabuniyanın düşündüyünə görə, proses həftənin sonuna qədər başa çatmalıdır.
“Cümə günü vaksinin tədbiq olunması planı üzrə işlər başa çatacaq. Bu mərhələ üçün texniki işlər başa çatıb. Nazirliyin Hüquq Departamenti hökumətə təsdiq edilmə üçün göndəriləsi planın verisyasını hazırlayır. Düşünürəm, proses həftənin sonuna qədər başa çatdırılacaq
Planda üç mərhələ müəyyənləşdirilib ki, ona da əsasən vaksinasiya yüksək riskli qruplardan riski yüksək olmayan, lakin, immunitetin inkişafı üçün onların əhatə edilməsi əhəmiyyətli olan əhalinin qruplarına ediləcək. Hədəf göstəricisi orientasiyalıdır, lakin ambisiyalı göstəricidir. Bu əhalinin 60 faizidir. Bu isə, onun zəmanəti olacaq ki, immunitet səviyyəsi müvafiq olsun və iqtisadiyyatın sabit və təhlükəsiz açılmasını bacaraq. Sözsüz ki, birinci qrup səhiyyə sahəsinin peşəkarları, yaşlı pasiyentlər və başqa qruplardılar, hansıların da həmçinin yüksək riskləri var”, – Tamar Qasbuniya bəyan etdi.