Tamar Qabuniya – vaksinasiya prosesində kənd əhalisinin fəal qoşulması çox əhəmiyyətlidir

12:48, 19.08.2021

Gürcüstan Səhiyyə nazirinin müavini, Tamar Qabuniya bəyan edir ki, vaksinasiya prosesində kənd əhalisinin fəal qoşulması çox əhəmiyyətlidir.

Tamar Qabuniya əhalini daha artıq fəallığa doğru çağırdı.

“Gündə 26 000 vaksinasiya edilmə yaxşıdır, halbuki iki dəfə artıq da olmalıdır, bu bizim üçün arzu olanan ssenari olacaq, nəyi də ki, istəyirik alınsın. Vaksinasiya prosesində kənd əhalisinin fəal qoşulması çox əhəmiyyətlidir. Bir çox kənddə ailə həkimi və tibb bacısı işləyir. Həmçinin qeyd olunan dövrdə bizə munisipal xəstəxanalar yardım edirlər, burada da kənd əhalisi peyvənd oluna bilər və əksər hallarda yerli özünüidarəetmə nəqliyyatla təmin edir. Müdafiə Nazirliyinə təşəkkürlər, onlar da resurs ayırdılar ki, böyük kəndlərdə səyyar səfərlər ba. tutsun ki, kəndin əhalisi peyvənd olunsun”, – Qabuniya bəyan etdi.

Oxşar