Tamar Qabuniya - Səhiyyə Nazirliyi adından operatorun vəfat etməsinə görə dərin kədəri ifadə edirəm, bu günki gün hamı üçün ağırdır
Gürcüstan Səhiyyə naziri, Tamar Qabuniya Səhiyyə Nazirliyi adından operator Lekso Laşkaravanın vəfat etməsinə görə, bir daha kədərini ifadə etdi və onun ailəsinə başsağlığı verdi.
Onun dediyinə görə, bu günki gün hamı üçün ağırdır.
“Bu günki gün hamı üçün çox ağırdır. Səhiyyə Nazirliyi adından operatorun vəfat etməsinə görə birdaha dərin kədəri ifadə etmək, onun ailəsinə başsağlığı vermək istəyiram. Çox ağır itkidir və sözsüz ki, Səhiyyə Nazirliyi bu itkinin ağırlığı ilə tamamilə paylaşır, eləcə də bu ölkədə demokratik ictimaiyyətin inkişafı üçün sağlam və ədalətli hərəkətə qoşulur. Bu gün, bu vəziyyətdən vahid, konsktruktiv qərar görək və demokratik inkişaf proseslərinə dönək, necə bu hamının gözləntisidir və necə bunu gürcü ictimaiyyəti gözləyir”, – Tamar Qabuniya bəyan etdi.