Tamar Qabuniya - optimist proqnozunun edilməsi erkəndir, lakin epid-durumun cüzi stabilizasiya mənzərəsi görünür
Tamar Qabuniya - optimist proqnozunun edilməsi erkəndir, lakin epid-durumun cüzi stabilizasiya mənzərəsi görünür

Gürcüstan Səhiyyə nazirinin müavini, Tamar Qabuniyanın bəyan etdiyinə görə, bu mərhələdə yeni məhdudiyyətlərin tədbiq olunması planlaşdırılımır. Elə onun dediyinə görə, bu gün vacibdir ki, ölkədə hazırkı requlasiyalar maksimal olaraq yerinə yetirilsin.

Tamar Qabuniya həmçinin bəyan etdi ki, müəyyən dərəcədə, ölkədə epid-durumun cüzi stabilizasiya mənzərəsi görünür.

“Hələlik, əsas təbdiq olunan məhdudiyyətlərin icrasıdır. Bu mərhələdə yeni məhdudiyyətlərin tədbiq olunması planlaşdırılımır. Bir nəyi deyə bilərəmsə, rəqədmlər bu gün nisbətən azdır, nəinki dünən və istərsə həftənin əvvəlində. Yaxşıdır ki, yeni halların birdəb birə artmasını görmürük. Sözsüz ki, optimist proqnozunun edilməsi erkəndir, lakin bu rəqəmlərə əsasən, müəyyən dərəcədə epid-durumun cüzi stabilizasiya mənzərəsi görünür. Beləliklə, bu gün vacibdir ki, ölkədə hazırkı requlasiyalar maksimal olaraq yerinə yetirilsin”, – Qabuniya bəyan etdi.