Tamar Qabuniya - klinikalarla işləyirik, 16 hospital və 15 ilkin sağlamlıq müəssisəsi hazırdır, məhrələ şəklində vaksinasiya proqramına qoşulsun
Tamar Qabuniya - klinikalarla işləyirik, 16 hospital və 15 ilkin sağlamlıq müəssisəsi hazırdır, məhrələ şəklində vaksinasiya proqramına qoşulsun

Klinikalarla işləyirik və əlavə olaraq 16 hospital və 15 ilkin sağlamlıq müəssisəsi hazırdır, məhrələ şəklində vaksinasiya proqramına qoşulsun, –  bu barədə Gürcüstan Səhiyyə nazirinin müavini, Tamar Qabuniya koordinasiya şurasının başa çatmasından sonra brifinqdə bəyan etdi.

Elə onun dediyinə görə, ictimai yerlərdə vaksinasiya mərkəzlərinin təşkil edilməsi üzrə işlər aparılır və ona nəzarəti Səhiyyə Nazirliyi həyata keçirəcək.

“Müəyyən dərəcədə, tibb müəsssisələrinin koronavirusun hallarının artmasından irəli gələrək cari müddətdə böyük yüklənmələri var idi. Əlavə funksiyaların üzərilərinə götürçəkdə çatinlik çəkdilər. Lakin indi yaxşıdır ki, bu yüklənmə getdikcə azalır və onlar hazır olduqlarını ifadə etdilər ki, vaksinasiya proqramına qoşulsunlar. Bu sözsüz ki, Tbilisiyə yardım edəcək, yeni yerlər tapılsın. Həmçinin, ictimai yerlərdə vaksinasiya mərkəzlərinin təşkil edilməsi üzrə işlər aparılır və ona da nəzarəti sözsüz ki, Səhiyyə Nazirliyi həyata keçirəcək. Təhlükəsizlik və keyfiyyət standartları maksimal olaraq müdafiə olunacaq. Prosesə əlavə iştirak və maliyyə motivasiyasına gəldikdə, bu da çox önəmlidir. Biz əlavə xərcləri nəzərə aldıq. Düşünürəm bu həftə Maliyyə Nazirliyinə hesablamalar göndəriləcək. Tariflərə də yenidən baxılma planlaşdırılır”, – Qabuniya bəyan etdi.