Tamar Qabuniya - iki dəfə vaksinasiya olunanlarda heç bir ölüm halı qeydə alınmayıb
İki dəfə vaksinasiya olunanlarda heç bir ölüm halı qeydə alınmayıb, – bu barədə Səhiyyə naziri müavini, Tamar Qabuniya idarələarası şurasının iclasının başa çatmasından sonra bəyan etdi.
Elə onun dediyinə görə, iki dəfə vaksinasiya olunanlarda yoluxma sayı 0.3 faizdir və kifayət qədər aşağı göstəricidir.
“İki dəfə vaksinasiya olunanlarda yoluxma sayına gəldikdə, bizim göstəricilərimizlə, bu 0.3 faizdir və kifayət qədər aşağı göstəricidir. Heç bir ölüm halı qeydə alınmayıb. İnfeksiyadan yüz faizlik heç bir vaksin müdafiə etmir, o cümlədən nə fayzer, nə moderna, nə sinovak və nə də sinofarm. Yoluxmanın baş verməsi mümkündür, lakin nadir hallarda baş verəcək. Halbuki hallar yüngül olacaq və ölüm baş verməyəcək. Bu ən böyük müdafiədir”, – Qabuniya bəyan etdi.