Tamar Qabuniya - bu gündən 200 larilik yardımın verilməsi planlaşdırılır, hansısa əngəlləri gözləmirik
Tamar Qabuniya - bu gündən 200 larilik yardımın verilməsi planlaşdırılır, hansısa əngəlləri gözləmirik

Gürcüstan Səhiyyə nazirinin müavini, Tamar Qabuniyanın bəyan etdiyinə görə, 17 yaş da daxil olmaqla uşaqlar üçün nəzərdə tutulmuş 200 larilik yardımın verilməsi əngəllər olmadan, plana uyğun olaraq həyata keçiriləcək.

“Qeydiyyat keçirilir və bu gündən 200 larilik yardımın verilməsi planlaşdırılır, hansısa əngəlləri gözləmirik”, – Qabuniya qeyd etdi.

17 yaş daxil olmaqla uşaqlar üçün nəzərdə tutulmuş 200 larilik yardımın köçürülməsi bu gün başlayacaq. Bununla yanaşı bank öhdəliyi olan şəxslərdən qeyd olunan yardım kəsilməyəcək.

18 yaşınadək uşaqların birdəfəlik, 200 larilik sosial yardımın alınması məqsədi ilə xüsusi portal yaradıldı – daxmareba.moh.gov.ge. Burada qeydiyyatdan kemçmək 2020-ci ilin dekabrın birinədək davam edəcək.