Tamar Qabuniya - bizim üçün mehmanxana səyyar xəstəxananın analoqudur, buna görə mehmanxanaların səfərbərliyi üzərində işləyirik
Tamar Qabuniya - bizim üçün mehmanxana səyyar xəstəxananın analoqudur, buna görə mehmanxanaların səfərbərliyi üzərində işləyirik

Bu mərhələdə əlavə mehmanxanaların səfərbərliyi üzərində işləyirik, – bu barədə Gürcüstan Səhiyyə naziri, Tamaq Qabuniya bəyan etdi.

Qabuniyanın qeyd etdiyinə görə, mehmanxana səyyar xəstəxananın analoqudur.

“Bu mərhələdə əlavə mehmanxanaların səfərbərliyi üzərində işləyirik. Müəyyən dərəcədə o da kömək edir ki, son zamanlar bir sıra ölkədən turistlərin axını azaldı, beləliklə mehmanxanaların səfərbərliyi imkanları artdı. Bildiyiniz kimi, bizim üçün mehmanxana səyyar xəstəxananın analoqudur, buna görə mehmanxanaların səfərbərliyi üzərində işləyirik və düşünürəm, bundan artıq tələbat olmayacaq və mehmanxana resursunun istifadəsi ilə insanları həkimin nəzarət edə biləcəyi məkanlara yerləşdirilməsi mümkün olacaq”, – Qabuniya bəyan etdi.