Tamar Qabunia - ÜST -nin 12 yaşından yuxarı peyvəndlə bağlı tövsiyəsini gözləyəcəyik, peyvənd heç bir halda məcburi olmayacaq
Tamar Qabunia - ÜST -nin 12 yaşından yuxarı peyvəndlə bağlı tövsiyəsini gözləyəcəyik, peyvənd heç bir halda məcburi olmayacaq

Gürcüstanın Səhiyyə Nazirinin müavini Tamar Qabunia, 12 yaşından etibarən Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı peyvənd edilməsi ilə bağlı tövsiyəsini gözləyəcəklərini söyləyir.

“Bu prosesin artıq başladığı ölkələrdə 12 yaşdan yuxarı uşaqlar üçün peyvənd Pfizer, Moderna peyvəndi ilə aparılır. Sinofarm peyvəndi də Çində bu yaş qrupunda istifadə üçün icazə aldı. Biz hələ də Ümumdünya Səhiyyə Təşkilatının bu yaş qrupunda aşılamaya başlamaq üçün tövsiyəsini gözləyirik, bu çox vacibdir, çünki epidemiyanı dayandırmaq üçün bütün yaş qruplarının eyni dərəcədə qorunması vacibdir”, – deyə Tamar Qabunia bildirib.

12 yaşından yuxarı şəxslərin peyvəndləmə qərarından sonra məktəblərdə aşılanmanın məcburi olub-olmayacağı sualına gəlincə, Qabunia peyvəndin könüllü olduğunu söyləyir.

“Peyvənd heç bir halda məcburi olmayacaq, peyvənd könüllüdür. Xəstənin hüquqlarına və hüquqi çərçivəyə əsaslanaraq, bu hər bir insanın fərdi qərarıdır” dedi Tamar Qabunia.

Eyni zamanda, Tamar Qabuniyanın fikrincə, məktəbdə təhsil prosesinin başlaması barədə danışmaq hələ tezdir.

“Hər şey epidemioloji vəziyyətdən asılı olacaq. Mövcud epidemioloji vəziyyət o qədər dəhşətlidir ki, indi təhsil prosesi getsəydi, prosesi distansional bir rejimə keçirmək barədə danışmalıydıq, amma gələcəkdə epidemiya mənzərəsi necə inkişaf edəcək? Müvafiq qərar vəziyyətdən asılı olaraq veriləcək ” – dedi Tamar Qabunia.