Tamar Qabunia – Maskadan istifadə etməkdən hələ imtina edə bilmərik

15:42, 06.07.2021

Gürcüstan Səhiyyə nazirinin müavini Tamar Qabuniyanın sözlərinə görə, mövcud epidemioloji vəziyyət maskanın istifadəsindən imtina etməyə imkan vermir.

O riskləri minimuma endirmək üçün fərdi qoruyucu vasitələrin və sürətli aşılamanın istifadəsinə ehtiyac olduğunu söylədi.

“Maskanın istifadəsi fərdi qoruma vasitəsidir və fərdi səviyyədə maskanın istifadəsinə görə ən böyük məsuliyyəti öz üzərimizə götürməliyik. Yenə də bu şəraitdə maska olmadan işləmək, əylənmək və başqa bir işə davam etmək çox təhlükəlidir. Hər halda, peyvənddən imtina edə bilmərik, burada da sürətli və geniş aşılama problemin həllidir”, – deyə Qabunia bəyan etdi.

Oxşar