Tamar Xulordava - bəlkə o barədə düşünək ki, süni şəkildə yaradılmış gərginlik arxasında kim durur və bununla kim yararalanır
Bəlkə o barədə düşünək ki, süni şəkildə yaradılmış gərginlik arxasında kim durur və bu durumla kim yararalanır, – bu barədə Tamar Xulordava sosial şəbəkədə yazır.
Tamar Xulordava xalq dəstəsi patrulluğu barəsində biznesmen Levan Vasadzenin bəyanatına əks səda verir və bəyan edir ki, bu, cinayətkar və təhlükəli bəyanatdır.
“Bu, cinayətkar və çox təhlükəli bəyanatdır! Bu cür aqressiyanın təbliğatı birmənalı olaraq qəbuledilməzdir! Bəlkə o barədə düşünək ki, süni şəkildə yaradılmış gərginlik arxasında kim durur və bu durumla kim yararalanır”, – Tamar Xulordava yazır.
Onun dediyinə görə, dövlət zoraklığa yol verməyəcək.
Biznesmen Levan Vasadze dünən, Vera Bağında təşkil olunan görüşdə xalq dəstəsinin yaradılması barəsində bəyanat verdi.