Tamar Xulordava - Avropa İttifaqı ilə vizasız gediş gəliş prossesində həyacan yaradan pozuntular olmayıb
Avropa İttifaqı/Şengen məkanında vizasız rejiminin işə düşməsindən bir il keçdi.
1tv.ge Gürcüstanın Avropa İttifaqı ölkələrinə vizasız nə qədər insanın səfər etməsi, nə qədərin rədd cavabının verilməsi və viza rejimini pozan vətəndaşlarının statistikasının nə cür olması ilə maraqlandı.
Birinci Kanalın suallarına Gütcüstan Parlamentinin Avropa ilə inteqrasiya məsələləri üzrə Komitənin sədri, Tamar Xulordava cavab verdi.
Xulordavanın məlumatına görə, yanvarın sonuna qədər olan göstəricilərə görə, keçən ilin martın 28-dən vizasiz gediş gəliş rejimindən 190 000-dən artıq insan istifadə etdi.
“Avropa ölkəsinə daxil olmağa icazə Gürcüstanın 600 vətəndaşına verilmədi. Rədd cavabının verilməsi obyektiv mühitlər ilə əlaqədar idi, ya passport biometrik deyildi, ya sənəd çatışmırdı, ya da məsələ geri dönmə bileti yox idi.
Geri dönməyənlərə gəldikdə – bu göstəricilərlə bağlı deyilməlidir ki, bunun dəqiq rəqəmi bizdə ola bilməz. Çünki müəyyən olunmuş vaxtda geri dönməyən, mütləq viza rejimini pozduğu demək deyil”, – Xulordava bəyan etdi.