Tamar Kekenadze – keçmiş prezidentin bəyan etməsi ki, Gürcüstana gəlməyi planlaşdırır, bir daha polarizasiyaya doğru atılmış addımdır
Keçmiş prezident Gürcüsta gələcək ya yox, bu bizim “Üçüncü Qüvvənin” gündəmini həqiqətən dəyişmir, lakin keçmiş prezidentin bəyan etməsi ki, Gürcüstana gəlməyi planlaşdırır, bu bir daha polarizasiyaya doğru atılmış addımdır, – bu barədə “Üçüncü Qüvvənin” Tbilisi merliyinə namizədi, Tamar Kekenadze bəyan etdi.
Onun dediyinə görə, Saakaşvilinin bəyanatı onun seçicisinin səfərbərliyə xidmət edir.
“Təəssüflər olsun ki, bu bəyanat Bidzina İvanişvilinin maraqlarına yardım edir, çünki son seçkilər göstərdi ki, bu cür polarizasiyadan sonra Gürcüstan seçicisi, Saakaşvilinin hakimiyyətə qaıtmasını istəməyən seçici, Bidzina İvanişvili və “Gürcü Arzusu” tərəfinə səfərbər olunur. Lakin bu ilki seçkilər fərqli olacaq, çünki “üçüncü qüvvəyik” hansılar da alternativ seçim təqdim edirik”, – Kekenadze bəyan etdi.
Keçmiş prezident, Mixeil Saakaşvili bəyan etdi ki, 2 oktyabr seçkilərində Gürcüstanda olacaq.
“Biz hamımız birlikdə İvaniviliyə imkan verməyəcəyik eyni hiyləni təkrar etsin, öz guya seçki kampaniyası və sonra saxtalaşdırması ilə, yenidən yazmaqla, Gürcüstandan çıxan insanların şəxsiyyıət vəsiqələrinin istifadəsilə. O, bunların hamısını edəcək, lakin biz bunlara cavab verməliyik. Cavab verməyi öyrənməliyik, ona əl qaytarmalıyıq, əgər onlar zoraklığa keçdilərsə”, – Saakaşvili bəyan etdi.