Tamar Jvaniya - seçiciləri aktiv olmalarına bir daha çağırıram, seçkilərdə iştirak etmək onların sağlamlığı üçün təhlükəsizdir
Tamar Jvaniya - seçiciləri aktiv olmalarına bir daha çağırıram, seçkilərdə iştirak etmək onların sağlamlığı üçün təhlükəsizdir

Seçkilərə getmək pandemiya şəraitində belə təhlükəsizdir, çünki biz sizin sağlamlığınız üçün bütün rekomendasiyaları yerinə yetiririk, – bu barədə Mərkəzi Seçki Komissiyasının sədri, Tamar Jvaniya bəyan etdi.

Elə onun dediyinə görə, seçki admnistrasiyası beynəlxalq dəstəklə, koronavirus pandemiyası ilə gündəmə gələn bütün çağırışlara cavab verdi.

“2020-ci il 31 oktyabr Gürcüstan üçün önəmli gündür. Həmin günü Gürcüstan vətəndaşları yeni seçki sistemi əsasında onuncu çağırış Parlamentini seçəcəyik.

Xüsusilə qeyd etmək istəyiriəm ki, seçkilərə getmək pandemiya şəraitində belə təhlükəsizdir, çünki biz sizin sağlamlığınız üçün bütün rekomendasiyaları yerinə yetiririk.

Mərkəzi Seçki Komissiyası üçün seçicilərin və seçki prosesinin başqa iştirakçılarının sağlamlığı önəmli prioritetdir. Seçki admnistrasiyası beynəlxalq dəstəklə, koronavirus pandemiyası ilə gündəmə gələn bütün çağırışlara cavab verdi. Müvafiq olaraq, seçki administrasiyası təmin edəcək ki, seçicilər seçimini azad, şəffaf və təhlükəsiz mühitdə etsinlər.

31 oktyabrda, səsvermə binasında infeksiyanın yayılmasına maniəçilik törədən bütün prevensial tədbirlər nəzərə alınmış olacaq.

Həmçinin qeyd olunasıdır ki, seçicilər seçki məntəqələrində az vaxt keçirməli olacaqlar. Bu isə, etiraf olunubdur ki, sağlamlıq baxımından risk daşıyıcısı deyil”, – Mərkəzi Seçki Komissiyasının sədri, Tamar Jvaniya bəyan etdi.

Elə onun dediyinə görə, 31 oktyabr seçkiləri üçün ölkə miqyası ilə 3 657 seçki məntəqəsi açılıb.

“Müalicə müəssisələrində karantin və izolasiyada olan seçicilər üçün isə, ayrıca əlavə olaraq 127 xüsusi seçki məntəqəsi yaradıldı. Bu məntəqələrdə səsvermənin təmin edilməsi və nəticələrin hesablanması ayrıca baş verəcək, xüsusi qrup tərəfindən. Hamımız yadda saxlamalıyıq ki, seçicinin məramı önəmlidir və onların seçimi qanundur! Müvafiq olaraq, bir daha seçicilərə müraciət etmək istəyirəm və onları aktiv olmalarına bir daha çağırıram, seçkilərdə iştirak etmək onların sağlamlığı üçün təhlükəsizdir”, – Tamar Jvaniya bəyan etdi.